Gürcüstanda “Xarici agentlər” haqqında qanun layihəsi ikinci oxunuşda dəstəkləndi

tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb
Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici agentlər” haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.
Yeniavaz.com
xəbər verir ki, Komitənin iclası qanunverici orqanın saytında canlı yayımlanıb.
Məhkəmə-Hüquq Komissiyası qanun layihəsinə bu gün səhər baxmağa başlayıb.
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri ilə müxalifət arasında qızğın mübahisələr yaşanıb. Hətta müxalifətçi deputat Xatia Dekanoidze hökumətyönlü deputat Quram Maçaraşvilini plastik butulka ilə vurub.
Gün ərzində iclasa sədrlik edən hüquq komitəsinin sədri Anri Oxanaşvili parlament qaydalarını pozduğuna görə 14 müxalifət deputatını zaldan çıxarmalı olub. Oxanaşvili həmçinin görüşdə iştirak edən bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsini də kənarlaşdırıb. Qanun layihəsinin plenar iclasda nə vaxt səsə qoyulacağı hələlik məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top