PSJ ardıcıl üçüncü dəfə Fransa çempionu oldu


“Pari Sen-Jermen” (PSJ) vaxtından əvvəl Fransa Futbol Çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, aprelin 28-də “Monako” səfərdə “Lion”a 2:3 hesabı ilə məğlub olub.
“Liqa 1”in başa çatmasına 3 tur qalmış turnir cədvəlində lider olan PSJ 70 xal toplayıb. 58 xalla ikinci pillədə qərarlaşan “Monako” turnir cədvəlində PSJ-ni qabaqlamaq üçün riyazi şansını itirib. Beləliklə, Paris klubu ardıcıl üçüncü dəfə ölkə çempionu olub. Həmçinin, komanda artıq 12 qat Fransa çempionudur ki, bu da rekord göstəricidir.
Bundan əvvəl PSJ 1986, 1994, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2022, 2023-cü illərdə ölkə çempionu olub.
Qeyd edək ki, bu mövsüm PSJ Fransa Kuboku və Çempionlar Liqasında da mübarizəni davam etdirir. Ölkə kubokunun finalında komanda “Lion”la oynayacaq, Çempionlar Liqasında isə PSJ Almaniyanın “Borussiya”sı (Dortmund) ilə iki görüş keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top