Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi


Dünyada qızılcaya yoluxma hallarının sayı 2022-ci illə müqayisədə 2023-cü ildə təxminən iki dəfə artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, bu barədə dünən Barselonada keçirilən beynəlxalq konqresində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Patrik Konner deyib. ÜST nümayəndəsi bildirib ki, 2023-cü ildə 321 582, 2024-cü ildə isə 94 000 qızılcaya yoluxma halı qeyd alınıb.
Qeyd olunub ki, yoluxma hallarının yarısı Avropa regionunda baş verib. Dünyada ən yüksək yoluxma göstəriciləri isə Azərbaycan, Qırğızıstan və Yəməndə qeydə alınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top