Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Rəsmi


Son bir il ərzində Azərbaycanda kişilərin və qadınların orta çəkisi 200 qram azalıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ildə Azərbaycanda kişilərin orta çəkisi 73,6 kq, qadınların orta çəkisi isə 66 kq olduğu halda, ötən il kişilərin orta çəkisi 73,4 kq, qadınların orta çəkisi isə 65,8 kq olub.
Ümumiyyətlə son 9 ildə həm kişilərin, həm də qadınların çəkisi ən yüksək səviyyəyə ötən il çatıb.
Onu da bildirək ki, son bir ildə kişilərin boyu 1 mm, qadınların boyu isə 2 mm azalıb.
Ötən il Azərbaycanda kişilərin orta boyu 171,3 sm, qadınların orta boyu isə 163,6 sm olub.
 

DİGƏR XƏBƏRLƏR

Top