Daha bir idmançımız Avropa çempionu oldu


Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev Avropa çempionu olub.
Yeniavaz.com
xəbər verir ki, 90 kiloqram çəkidə çıxış edən Elcan turnir boyu Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb.
Qeyd edək ki, o, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.
Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.
Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub.
Xatırladaq ki, ötən gün 73 kiloqram çəkidə çıxış edən Hidayət Heydərov Xorvatiyada qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top