Toplum TV-nin əməkdaşı Cavid Ramazanov Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.
O bildirib ki, iştirakı ilə zəruri istintaq hərəkəti keçirilməsi üçün C.Ramazanov şahid qismində BŞBPİ-yə dəvət olunub.