Naxçıvanda ƏƏSMN-ə o rəhbərlik edəcək – Sərəncam


Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə MR-in Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Fərid Bağırzadəyə həvalə edilib.
Qeyd edək ki, Fərid Bağırzadə bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, bu gün Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov vəzifədən azad olunub və əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov muxtar respublikanın yeni baş naziri təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top