Bayden Ukraynaya hərbi yardım haqqında qanunu imzaladı


ABŞ Prezidenti Co Bayden Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardımın ayrılmasını nəzərdə tutan milli təhlükəsizlik qanununu imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
“Amerika üçün yaxşı gündür, avropalılar üçün yaxşı gündür, dünya üçün yaxşı gündür - və bu vacibdir”, - Bayden deyib.
Onun sözlərinə görə, qanunun imzalanması təkcə Amerikanın deyil, bütün dünyanın təhlükəsizliyini yaxşılaşdıracaq və ABŞ-nin müttəfiqlərinə həyati dəstək və özlərini müdafiə etmək imkanı verəcək:
“Vaşinqton yaxın saatlarda Kiyevə hərbi yardım göstərməyə başlayacaq. Biz Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya, raket sistemləri, ordu texnikası üçün sursat göndərməyə başlayacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top