Qəzzada son 24 saat ərzində 79 fələstinli öldürüldü

qəzzada ölü və yaralıların ümumi sayı 110 mini keçdi
İsrailin son 24 saat ərzində Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində 80-ə yaxın insan həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü nəticəsində son 24 saat ərzində 79 fələstinli həlak olub, 86 fələstinli yaralanıb”, - məlumatda deyilir.
Departamentin məlumatına görə, İsrailin ötən il oktyabrın əvvəlindən Fələstin anklavında hərbi əməliyyatlara başlamasından bu günə kimi 34 262 nəfər öldürülüb, 77 229 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top