Böyük Britaniya da Zalujnının səfirliyinə razılıq verdi


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bir neçə həftə ərzində Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Kiyev 24” telekanalında məlumat verib.
Məlumata görə, London onun namizədliyi ilə bağlı razılığa gəlib.
“Başa düşdüyüm qədər, Zalujnının səfir olması ilə bağlı hər şey rəsmi şəkildə təsdiqlənib. Böyük Britaniya tərəfindən aqreman (razılıq) verilməsi və Xarici İşlər Nazirliyi səviyyəsində protokol prosedurlarının həyata keçirilməsi barədə artıq qərar qəbul edilib. Məncə, bu, həftələrin işidir. Bəzi logistik prosedurların həyata keçirilməsi xüsusilə zəruridir”, - o, bildirib.
Podolyak həmçinin bildirib ki, hər kəs yükə tab gətirə bilməz, buna görə də, kadr rotasiyası ştatda normal bir prosesdir.
Digər tərəfdən, Ali Radanın deputatı Aleksey Qonçarenko da bazar ertəsi Böyük Britaniyanın Zalujnıya aqreman verdiyini açıqlayıb.
Qeyd edək ki, fevralın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədəki durğunluğa işarə edərək, Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib. Martın 7-də isə Ukrayna Xarici İşlər Nazirliyi dövlət başçısının Zalujnını Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top