3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub


Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölklərdən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 28,7%-i Rusiya, 19,3%-i Türkiyə, 10,3%-i İran, 7,2%-i Hindistan, 4,8%-i Gürcüstan, 3,2%-i Qazaxıstan, hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla Türkmənistan və Küveyt, 1,4%-i Ukrayna, 1,2%-i Belarus, 12,2%-i digər ölkələrin vətəndaşları olub.
Ölkəmizə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 67,6%-i və ya 347 min nəfəri hava, 30,9%-i və ya 158,7 min nəfəri quru yolla ölkəyə daxil olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top