“65 yaşımda bu işi dayandırmaq istəmirəm” – Mourinyo


Portuqaliyalı baş məşqçi Joze Mourinyo onu qarşıda uzun karyeranın gözlədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
“Mənim 61 yaşım var və 65 yaşımda bu işi dayandırmaq istəmirəm. Qarşıda hələ uzun karyeram var”, - Mourinyo deyib.
Qeyd edək ki, 16 yanvar 2024-cü ildə İtaliyanın “Roma” klubu Mourinyonun baş məşqçi postunu tərk etdiyini açıqlayıb.
O, 2021-ci ilin may ayından bu kluba rəhbərlik edib. Portuqaliyalı 2021/22 mövsümündə komandanı Konfrans Liqasında qələbəyə aparıb. Ötən mövsüm “Roma” Avropa Liqasının finalçısı olub.
Mourinyo “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem”dəki işi ilə də tanınır. “Çelsi” ilə üç dəfə İngiltərə çempionu, “İnter”lə iki dəfə İtaliya çempionu və Çempionlar Liqasının qalibi, “Real Madrid”lə isə bir dəfə “La Liqa”nın qalibi olub. “Mançester”lə Avropa Liqasında qalib gəlib.
2003 və 2004-cü illərdə Mourinyo UEFA tərəfindən ilin məşqçisi seçilib.

DİGƏR XƏBƏRLƏR

Top