Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı


1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditlərinin həcmi kəskin artıb.
Yeniavaz.com
xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 6 milyon 550 min manat olub. Bu məbləğin 77%-ni və ya 4 milyon 973 min dollarını problemli kreditlər təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübünün yekununda “Premium Bank” ASC-nin problemli kreditləri builki göstəricidən 2,4 dəfə az olub. Belə ki, ötən ilin ilk rübündə bankın problemli kreditləri 2 milyon 114 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, “Premium Bank”ın əsas səhmdarı ötən il AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top