“Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb” – Paşinyan


“Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistanın İctimai Televiziyası tərəfindən nümayiş etdiriləcək britaniyalı jurnalistlərə müsahibəsində deyib.
“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri bərpa etmək lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top