“Rusiyanın 50 min əsgəri "ətçəkən maşın" strategiyasının qurbanı oldu – BBC


Müharibə başlayandan bəri Rusiyanın Ukraynada ölən əsgərlərinin sayı 50 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Məlumata görə, bu rəqəmi BBC-nin rus xidməti və “Mediazona” media qrupu təsdiqləyib.
Qeyd olunub ki, müharibənin ikinci ilində – Moskvanın “ətçəkən maşın” strategiyasına güc verdiyi bir vaxtda ölən Rusiya əsgərlərinin sayı birinci illə müqayisədə demək olar ki, 25% çox olub.
Jurnalistlər və könüllülər 2022-ci ilin fevralından ölən Rusiya hərbçilərinin sayını hesablayıblar.
Onlar açıq mənbələrdən, qəzetlərdən və sosial şəbəkələrdən gələn məlumatları təhlil ediblər. Həmçinin, Rusiya qəbiristanlıqlarında yeni qəbirlər də ölən Rusiya hərbçilərinin sayını müəyyən etməkdə kömək edib.
BBC və “Mediazona” tərəfindən hazırlanan yenilənmiş məlumata görə, döyüşlərin ikinci ilində 27 min 300-dən çox rus əsgəri həlak olub. Ölənlərin ümumi sayı 50 mini keçib ki, bu da Moskvanın 2022-ci ilin sentyabrında elan etdiyi öldürülən əsgərlərin sayından səkkiz dəfə çoxdur.
Jurnalistlərin fikrincə, ölən Rusiya əsgərlərinin real sayı bu saydan daha çox ola bilər.
Qeyd edək ki, “ətçəkən maşın” termini Moskvanın Ukrayna qüvvələrini darmadağın etmək və onların yerləşdiyi yerləri Rusiya artilleriyasına məruz qoymaq üçün əsgər dalğalarının amansızcasına irəli göndərilməsini ifadə etmək üçün istifadə edilir.

DİGƏR XƏBƏRLƏR

Top