ABŞ İsrailə dəyəri 1 milyard dollardan çox olan silah göndərə bilər


ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə sursat, hərbi texnika və mərmi də daxil olmaqla dəyəri 1 milyard dollardan çox olan silah göndərə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Bayden administrasiyası İsrail üçün tank sursatları, hərbi texnika və minaatan mərmiləri də daxil olmaqla, 1 milyard dollardan çox yeni yardım paketini nəzərdən keçirir”, - məlumatda qeyd edilib.
Qəzet yazır ki, İsrailə təklif olunan silah tədarükü 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri ölkə üçün ən böyük silah tədarükü olacaq.
Nəşrin məlumatına görə, nəzərdən keçirilən yardım paketinə 700 milyon dollar dəyərində 120 mm-lik tank sursatının, 500 milyon dollar dəyərində taktiki döyüş maşınlarının və 100 milyon dollar dəyərində 120 mm-lik minaatan mərmilərinin təhvil verilməsi daxildir.
Mənbənin sözlərinə görə, yeni yardım paketi ABŞ Konqresində nəzərdən keçirilən yardım paketinə əlavə olaraq nəzərdə tutulacaq.
Nəşr yazır ki, bu cür yardım ABŞ qanunvericilərinin də təsdiqini tələb edəcək və silahların çatdırılmasına qədər aylar və ya illər lazım olacaq.

DİGƏR XƏBƏRLƏR

Top