Tramp Avropa ölkələrini Ukraynaya daha çox yardım göstərməyə çağırdı


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynaya yardım üçün ABŞ-dən az xərclədikləri üçün qınayıb və Avropa ölkələrini Kiyevə daha çox yardım göstərməyə çağırıb.
Yeniavaz.com
“Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.
O qeyd edib ki, Ukraynanın sağ qalması ABŞ üçün vacibdir, lakin Moskva və Kiyev arasındakı münaqişə ilk növbədə Avropa ölkələrini narahat etməlidir.
“Niyə Avropa Ukraynaya yardım üçün daha çox pul ayırmır? Niyə Avropa ABŞ-nin verdiyi yardım qədər və ya ona yaxın pul vermir? Hərəkətə gəl, Avropa!” – deyə Tramp bildirib.
Onun hesablamalarına görə, ABŞ coğrafi baxımdan Avropa ölkələrindən xeyli uzaqda olmasına baxmayaraq, Kiyevə Avropadan 100 milyard dollar çox vəsait ayırıb.
ABŞ prezidenti postuna namizəd bir daha qeyd edib ki, əgər dövlət başçısı vəzifəsini tutsa, Rusiya və Ukrayna arasında münaqişənin qarşısını ala bilər.
Qeyd edək ki, bundan əvvəl “Politico” qəzeti ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukraynaya və Ukrayna lideri Vladimir Zelenskiyə nifrət etdiyini, həmçinin siyasi problemlərinə görə bu ölkəni günahlandırdığını yazmışdı.

DİGƏR XƏBƏRLƏR

Top