“Sərhədlərin delimitasiyasından imtina regionda eskalasiyaya səbəb olacaq” – Paşinyan


“Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyasından və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq”.
Yeniavaz.com
Ermənistan Nazirlər Kabineti mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə bildirib.
“Əgər biz bu addımları atmasaq (delimitasiya və demarkasiya nəzərdə tutulur), mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top