“İsrail müttəfiqlərin məsləhətlərini qiymətləndirir, lakin qərarları özü verəcək”


“İsrail xarici müttəfiqlərinin məsləhətlərini yüksək qiymətləndirir, lakin özünümüdafiə ilə bağlı bütün qərarları müstəqil qəbul edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu qərbli tərəfdaşlarla söhbətindən sonra hökumətin iclasında bildirib.
“Dostlarımıza həm sözdə, həm də əməldə İsraili müdafiə etməkdə göstərdikləri dəstəyə görə təşəkkür edirəm, onların da müxtəlif təklifləri və məsləhətləri var, bunu yüksək qiymətləndirirəm, lakin bunu açıq şəkildə bildirmək istəyirəm: öz qərarlarımızı özümüz verəcəyik”, – Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək.

DİGƏR XƏBƏRLƏR

Top