“Telegram” istifadəçilərinin sayı il ərzində 1 milyarda çata bilər


“İl ərzində “Telegram” istifadəçilərinin sayı 1 milyard nəfərə çata bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində messencerin həmtəsisçisi Pavel Durov deyib.
“Hazırda “Telegram”ın aylıq təxminən 900 milyon istifadəçisi var. Ola bilsin ki, bir ildən sonra biz aylıq 1 milyard aktiv istifadəçi sərhədini keçəcəyik”, - deyə Durov bildirib.
Eyni müsahibəsində Durov “X” sosial şəbəkəsinin inkişafında sahibkar İlon Maskın fəaliyyətini dəstəklədiyini ifadə edib. O, sosial şəbəkənin alınmasını bir çox səbəblərə görə əhəmiyyətli nailiyyət adlandırıb. Durov qeyd edib ki, Mask bəziləri uğursuz olsa belə, yeniliklər təqdim etməyə çalışır.
Qeyd edək ki, keçən il oktyabrın 7-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Bundan sonra o, kütləvi ixtisarlar həyata keçirib. Nəticədə, şirkətin işçi heyəti 7,5 min nəfərdən 2 min nəfərə qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top