Bayden bu dəfə olmayan bir ölkədən danışdı


ABŞ Prezidenti Co Bayden çıxışı zamanı növbəti səhvə yol verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, aprelin 15-də Vaşinqtonda səfərdə olan Çexiya hökumətinin başçısı Petr Fiala ilə görüşdə Bayden 32 ildir mövcud olmayan “Çexoslovakiya xalqına” minnətdarlığını bildirib.
ABŞ Prezidenti bu sözləri Ukraynaya göstərdiyi hərbi yardıma görə Baş nazir Fialaya təşəkkürünü ifadə edərkən deyib.
“Mən Ukrayna xalqının müdafiəsində sizin səmimiyyətinizi və Çexoslovakiya xalqının, Çexiya Respublikasının dəstəyini nə qədər yüksək qiymətləndirdiyimi ifadə etməkdə çətinlik çəkirəm”, - Bayden bildirib.
Bundan dərhal sonra Bayden səhvini düzəldib və Çexiyanın Ukrayna xalqına dəstəyini nəzərdə tutduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl Bayden vitse-prezident Kamala Harrisin vəzifəsini səhv salmış və onu ABŞ Prezidenti adlandırmışdı.
Xatırladaq ki, Co Bayden bu il 82 yaşını qeyd edəcək.

DİGƏR XƏBƏRLƏR

Top