“İsrail İranın hücumuna görə Rəfahdakı əməliyyatı təxirə saldı” – CNN


“İranın hücumu İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərində bu həftə üçün planlaşdırılan quru əməliyyatını təxirə salmağa məcbur edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN iki israilli mənbəyə istinadən məlumat yayıb.
CNN mənbələrindən biri bildirib ki, İsrail ordusu bazar ertəsi günü Rəfahın bəzi hissələrinə havadan vərəqələr atmağı planlaşdırıb. Digər bir rəsmi bildirib ki, hücumun vaxtı və mülki şəxslərin təxliyəsi qeyri-müəyyən olaraq qalsa da, İsrail Rəfahda quru əməliyyatı keçirməkdə qətiyyətlidir.
Nəşr bildirir ki, İsrail ordusu şərh verməkdən imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top