Tofiq Yaqublunun həbs müddətinin 2 ay uzadılması ilə bağlı qərar qüvvədə qaldı


Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun istintaq müddətinin 2 ay uzadılması ilə bağlı Nərimanov Rayon Məhkəməsin qərarını qüvvədə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Şura üzvünün qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat dərc edib.
“Tofiq Yaqublu bugünkü məhkəmədə hakimə deyib ki, ölkənin bütün dələduzları yığışıb məni dələduzluqda ittiham edirlər: “Nə sən hakimsən, nə də bu məhkəmədir. Verilən əmri icra et və get!” – N. Həzi yazıb.
Qeyd edək ki, dekbarın 14-də Tofiq Yaqublunun evində axtarış aparılıb və o saxlanılıb. Bir gün sonra – dekabrın 15-də isə Nərimanov Rayon Məhkəməsi T.Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Vəkili Aqil Layıc T. Yaqubluya qarşı dələduzluq və saxta sənəd hazırlanması ilə bağlı ittihamların irəli sürüldüyünü bildirib. O cinayət işində başqa təqsirləndirilən şəxsin də olduğunu qeyd edib və istintaq sirri olduğu üçün həmin şəxsin kimliyini açıqlaya bilməyəcəyini deyib.
“Tofiq bəy ittihamların hamısını rədd etdi və saxlanılmasını siyasi fəaliyyəti ilə əlaqələndirdi. İddia edirlər ki, şikayət var, amma biz şikayəti görməmişik”, - A. Layıc bildirib.
Aprelin 6-da Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top