Milli Şura mitinq üçün BŞİH-ə müraciət etdi


Milli Şura paytaxt Bakıda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, mitinqin 21 aprel, 2024-ci il tarixində, saat 15:00-dan, 17:00-a qədər keçirilməsi nəzərdə tutulur.
Bildirilib ki, mitinq olaraq “Siyasi məhbuslara azadlıq”, “Seçki islahatları tələb edirik”, “Rusiya silahlı qüvvələri Azərbaycandan çıxarılsın”, “Uşaq pulu verilsin, maaşlar, pensiyalar, müavinətlər artırılsın”, “Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalansın”, “Quru sərhədlər açılsın” tələbləri və şüarları ilə keçiriləcək.
“Qeyd olunanları nəzərə alaraq, aprelin 21-da, saat 15:00-da aşağıdakı ünvanların birində mitinq keçirmək üçün şərait yaratmağınızı xahiş edirik.
1. Azadlıq 16/21. 28 may metrosunun qarşısındakı, Cəfər Cabbarlının heykəlinin önündəki meydan.
2. Təbriz küçəsi 98, Nərimanov metrosunun üstündəki meydan.
3. Yasamal rayonu, idman sağlamlıq klubu, “Məhsul” meydanı”, - müraciətdə deyilir.

DİGƏR XƏBƏRLƏR

Top