Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində Avropa çempionu tituluna yiyələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilir ki, yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ukraynalı Oleksandr Zveryevi 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.