“Stavropol diyarında terror aktı planlaşdıran Mərkəzi Asiya vətəndaşları saxlanılıb” – Rusiya FTX


Rusiyanın Stavropol diyarında terror aktının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
“Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin üç vətəndaşının terror fəaliyyətinin qarşısını alıb”, - məlumatda deyilir.
Bildirilir ki, saxlanılan şəxslərdən yaşayış yeri üzrə kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri, kimyəvi maddələr və dağıdıcı elementlər götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top