Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılır – KİV


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə səfər edəcək və bu mövzu Konqres nümayəndə heyətinin Ankaradakı danışıqlarının gündəmində olacaq. 
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü ikitərəfli və regional gündəliyin cari məsələlərini müzakirə etmək üçün martın 29-da Ankaraya gəlib. 
Konqres nümayəndə heyətinin müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanla görüşləri baş tutub. Bu görüşlərdə müzakirə edilən əsas məsələlər arasında Türkiyəyə F-16 qırıcılarının tədarükü və modernləşdirilməsi, Qəzza zolağındakı vəziyyət, Rusiya və Ukrayna münaqişəsi, terrorla mübarizə və Ərdoğanın ABŞ-yə səfəri olub.

DİGƏR XƏBƏRLƏR

Top