“Şakro Molodoy” həbsdən çıxdı


Əvvəllər Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərindən hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinən kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) şərti azadlığa buraxılması ilə bağlı qərardan sonra həbsdən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi onun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib.
Kalaşovun şərti azadlığa çıxmaq üçün müraciət edəcəyi barədə məlumat ötən ilin fevralında “Telegram” kanallarında yayılıb. Həmin vaxt o, Rusiya Federal Penitensiar Xidmətinin Krasnodar diyarının Dvubratski kəndində yerləşən 2 saylı islah koloniyasında cəza çəkirdi.
2018-ci ilin martında Kalaşov iki dəfə hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə o, 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top