Qəzzada 175 gündə ölənlərin sayı 32,6 mini keçdi


İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı 32,6 mindən çox fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumunda ölənlərin sayı 32 min 623 nəfərə yüksəlib, ən azı 75 min 92 nəfər yaralanıb”, - nazirlik bildirib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində anklavda 71 nəfər ölüb, daha 112 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top