“Crocus”da baş verən terror aktında xəsarət alanların sayı 382-yə çatdı


“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Fəlakətlər üzrə Tibb Mərkəzi məlumat yayıb.
“Yenilənmiş məlumatlara görə, 9-u uşaq olmaqla 382 nəfər xəsarət alıb. Onların əksəriyyətinə, 217 nəfərə ambulator yardım göstərilib. 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96-sı artıq evə buraxılıb”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top