Qəzzada ölənlərin sayı 32,5 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan bəri həlak olan fələstinlilərin sayı 32,5 mini keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzaya təcavüzü qurbanlarının sayı artaraq 32 min 552 nəfərə çatıb, ən azı 74 min 980 nəfər isə yaralanıb”, - nazirlik bildirib.
Səhiyyə Nazirliyi həmçinin bildirib ki, son 24 saat ərzində anklavda 62 nəfər ölüb, daha 91 nəfər yaralanıb.
Qeyd olunub ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmir.

DİGƏR XƏBƏRLƏR

Top