“İsrail Qəzzada üz tanıma sistemindən istifadə edir” – NYT


“İsrail fələstinlilərə casusluq etmək və məlumat toplamaq üçün Qəzza zolağında eksperimental üz tanıma sistemindən istifadə edir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, sistem anklav sakinlərinin özlərinin xəbəri və ya razılığı olmadan kütləvi müşahidə, məlumatların toplanması və fələstinlilərin kataloqlaşdırılması üçün istifadə olunur:
“Sistem özəl şirkət “Corsight” və “Google Photos” texnologiyalarından istifadə edir. Sistemdən əvvəlcə HƏMAS üzvləri tərəfindən girov götürülən israilliləri axtarmaq üçün istifadə edilib. Lakin quru əməliyyat başlayandan sonra İsrail HƏMAS-la əlaqəli olanların hamısını və digər Fələstin qruplarını məhv etmək üçün sistemə müraciət edib”.

DİGƏR XƏBƏRLƏR

Top