“Azərişıq” “Paşa Holdinq” ilə eyni ünvanda yerləşən tikinti şirkətini məhkəməyə verdi


“Azərişıq” ASC ölkənin aparıcı tikinti şirkətlərindən biri olan “Nort Vest Konstrakşn” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 100 min manat olan “Nort Vest Konstrakşn” MMC 14 dekabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı ölkəninən böyük şirkətlərindən biri olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər prospekti 153-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bədəlov Elçin Tofiq oğludur.
Qeyd edək ki, “Nort Vest Konstrakşn” MMC həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə inşaat işlərini həyata keçirir. Şirkətdən verilən məlumatda bildirilir ki, onlar indiyə kimi Mərkəzi Asiyada  Qaraqalpaqstan yolu layihəsində, “Gəncə Mall” ticarət mərkəzi, Bravo hipermarketlər və Bravo paylama anbarı, həmçinin  Sumqayıt Tütün Fabriki kimi layihələrdə iştirak ediblər.
“Nort Vest Konstrakşn” MMC dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə də qalib olub. MMC ötən il  Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi  (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinə görə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən 188 milyon 751 min 249 manat 48 qəpik alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top