Avropanın ən çox maaş alan futbolçuları məlum oldu


Avropada ən yüksək aylıq maaş alan futbolçuların siyahısı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” idman qəzeti məlumat yayıb.
Məlumata görə, PSJ-nin hücumçusu Kilian Mbappe böyük fərqlə siyahıda birinci olub (6 milyon avro). İkinci yerdə “Bavariya”nın hücumçusu Harri Keyn qərarlaşıb (2,1 milyon avro). “Mançester Siti”nin ulduz futbolçuları Kevin de Bröyne (2.02 milyon avro) və Erlinq Holan (1,9 milyon avro) müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. Siyahıda beşinci yerdə “Real Madrid”in futbolçusu Devid Alaba qərarlaşıb (1,88 milyon avro). “Barselona”nın polşalı hücumçusu Robert Levandovski isə siyahıda altıncı olub (1,87 milyon avro). “Mançester Yunayted”dən Kazemiro, “Liverpul”dan Məhəmməd Salah 7-ci və 8-ci yerləri bölüşüblər (hər biri 1,77 milyon avro). “Mançester Yunayted”dən Rafael Varan isə ən yüksək maaş alanlar siyahısında 9-cu olub (1,72 milyon avro). Onuncu yerdə “Real Madrid”dən Cud Bellinqem qərarlaşıb (1,67 milyon avro).
Açıqlanan 10 nəfərlik siyahıda Premyer Liqadan 5, La Liqadan 3, Liqa 1-dən 1, Bundesliqadan isə 1 futbolçu yer alıb.
Qeyd edək ki, futbolçulara verilən maaşlar ümumi gəlirə görə hesablanıb və hesaba futbolçulara verilən mükafatlar kimi əlavə gəlirlər daxil edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top