Futbol üzrə Avropa çempionatının bütün iştirakçıları məlum oldu


Futbol üzrə 2024-cü il Avropa çempionatının final hissəsinin qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, martın 26-da həlledici pley-off oyunları keçirilib və nəticədə Gürcüstan, Ukrayna və Polşa komandaları Avro-2024-ə vəsiqə qazanıblar.
Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.
Həmin komandaları və daxil olduqları qrupları təqdim edirik:

A qrupu - Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə.
B qrupu - İspaniya, Xorvatiya, İtaliya, Albaniya.
C qrupu - Sloveniya, Danimarka, Serbiya, İngiltərə.
D qrupu - Hollandiya, Avstriya, Fransa, Polşa.
E qrupu - Belçika, Slovakiya, Rumıniya, Ukrayna.
F qrupu - Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya.

Qeyd edək ki, Avro-2024-ün final hissəsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top