Gürcüstan millisindən tarixi uğur – Türkiyənin qrupuna düşdülər


Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasını məğlub edib və tarixdə ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, tək matç şəklində keçirilən pley-off oyununda Gürcüstan paytaxt Tbilisidəki Boris Paiçadze Dinamo Arenada Yunanıstanı qəbul edib.
Normal və əlavə vaxtı qolsuz başa çatan görüş penaltilərə gedib və 4:2 hesabı ilə qalib gələn Gürcüstan 14 iyun-14 iyul tarixlərində Almaniyada keçiriləcək çempionatda iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, Gürcüstan millisi Türkiyənin də yer aldığı F qrupunda mübarizə aparacaq və ilk oyununu da məhz Türkiyə millisi ilə keçirəcək. F qrupunda mübarizə aparacaq digər ölkəılər isə Portuqaliya və Çexiyadır.

DİGƏR XƏBƏRLƏR

Top