Messinin dəyəri 5 milyon avro azaldı


“Transfermarkt” portalı oyunçuların dəyərini yeniləyib və hazırda Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri əvvəlkindən 5 milyon avro az, yəni 30 milyon avrodur.
Yeniavaz.com
xəbər verir ki, dəyərin azalmasına baxmayaraq, “İnter Mayami”də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır.
MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, “Atlanta Yunayted”də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.
Qeyd edək ki, Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var. MLS-in yeni mövsümündə argentinalı üç oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
2022-ci ilin dekabrında isə Messi Argentina millisi ilə dünya çempionu olub. Bu, ulduz futbolçunun karyerasında ilk belə kubokdur. 2023-cü ilin payızında o, karyerasında səkkizinci “Qızıl top” mükafatını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top