UEFA “Qarabağ”ı cərimələdi


UEFA “Qarabağ” klubunu 45 min 750 avro (təxminən 84 min 500 manat) cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, komanda Bakıda Portuqaliyanın “Braqa” və Almaniyanın “Bayer 04” komandalarına qarşı Avropa Liqasının oyunlarına görə cərimələnib.
“Köhlən atlar” “Braqa”ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3) lazer şüalarından istifadəyə görə 8 min, təhqir xarakterli mesajlara görə 22 min 500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə etməməyə görə 5 min, komandanın düzgün olmayan davranışına görə 7 min 500 avro ödəyəcək. Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) pirotexniki vasitələrdən istifadəyə görə isə “Qarabağ” 2750 avro ziyana düşəcək.

DİGƏR XƏBƏRLƏR

Top