Məşhur türkiyəli aktyor Kadir İnanır insult keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Beykozdakı iqamətgahında sənətçinin vəziyyəti ağırlaşıb və o huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Qeyd olunub ki, 74 yaşlı K. İnanırın beyin tomoqrafiyası və MRT-si çəkiləcək və müayinənin nəticələrinə görə müalicə olunacaq.
Kadir İnanır əvvəllər də beynindəki laxtalanma səbəbindən xəstəxanaya yerləşdirilmişdi.