“Ətdən imtina etmək beyinə zərər verə bilər” – Dietoloq


“Ət yemək zehni və fiziki sağlamlıq üçün vacibdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu dietoloq və dietalar haqqında kitabların müəllifi Corciya İv “KIRO News Radio”ya müsahibəsində deyib.
İvın fikrincə, vegetarianlıq təkcə zülal çatışmazlığı səbəbindən yox, başqa səbəblərdən də beyinə zərər verə bilər:
“Söhbət zülaldan deyil, ətin tərkibində olan bütün digər qidalardan gedir. Veqan və veqetarian dietaları diqqətlə planlaşdırıldığı təqdirdə insanı lazımi miqdarda proteinlə təmin edə bilər”.
O, zülal mənbəyi kimi mərcimək və brokolini təklif edib:
“Halbuki yalnız ətdə insan orqanizminə lazım olan bütün qida maddələri uyğun formada olur - vitamin B12, omeqa-3 yağ turşuları, sink, xolin, dəmir və yod. Ət həmçinin şəkər və insulin səviyyələri üçün ən təhlükəsiz qidadır”.

DİGƏR XƏBƏRLƏR

Top