“Yumurta qabığının istehlakı sağlamlıq üçün təhlükə yarada bilər”


“Yumurta qabığı kalsium çatışmazlığını doldurmağa kömək etməyəcək, üstəlik, onların istehlakı sağlamlıq üçün təhlükə yarada bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qastroenteroloq Anastasiya Timoşenko News.ru ilə söhbətində danışıb.
Timoşşenko bildirib ki, əvvəllər uşaqlara, hamilə və laktasiya edən qadınlara kalsium çatışmazlığını doldurmaq üçün tez-tez üyüdülmüş yumurta qabığı yemək tövsiyə olunurdu:
“İndi bu üsul səmərəsiz hesab olunur, çünki qabığın tərkibində bədəndə kalsium sitratdan daha pis sorulan kalsium karbonat var. Bundan əlavə, yumurta qabığı yemək məhsulun kifayət qədər emal edilməməsi səbəbindən infeksiyaların inkişaf riskini artırır”.
Eyni səbəbdən həkim çiy yumurta yeməməyi tövsiyə edib. O, əlavə edib ki, kalsium çatışmazlığını doldurmağın başqa daha effektiv və təhlükəsiz yolları var - sərt pendirlər kimi süd məhsulları, həmçinin qida əlavələri.

DİGƏR XƏBƏRLƏR

Top