Həkim baş ağrısının gözlənilməz səbəbini açıqladı


Otorinolarinqoloq və plastik cərrah Andrey Makarov baş ağrılarının gözlənilməz səbəbini acıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “Doktor Piter” portalına danışıb.
Makarov bildirib ki, insanların əksəriyyətində burun çəpəri əyridir:
“Eyni zamanda bu, əgər insanın səhhətindən şikayəti yoxdursa, həkimə müraciət etməyi tələb etmir. Şikayətlər arasında baş ağrıları, tez-tez burun axması, xoruldama, daha şiddətli soyuqdəymə və digər xəstəlikləri var. Həmçinin çəpəri əyilmiş insanlar yuxudan oyandıqdan sonra daha pis yatır və yorğunluq hiss edirlər”.
Makarov bildirib ki, insan bu cür təzahürlərdən narahatdırsa, septoplastika əməliyyatı keçirə bilər.

DİGƏR XƏBƏRLƏR

Top