Bakıda məktəbin ərazisində yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, sözügedən təhsil müəssisəsi Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbdir.
Qeyd olunur ki, hadisə yerinə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub.