Tərtərdə bir nəfər minaya düşdü, ayağı amputasiya edildi


Ötən gün Tərtərdə 23 yaşlı gənc minaya düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıblar.
Bildirilib ki, fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənəli Şahin oğlunun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb”.
Qeyd olunub ki, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top