Nazim Əkbərovun “Pərvanə ömrü” kitabı çap edildi


Pedaqoq, yazıçı Nazim Əkbərovun “Pərvanə ömrü” kitabı çap edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yazıçı feysbuk profilində paylaşım edib.
“2010-cu ildən üzərində işlədiyim, yüzlərlə tarixi sənədlərə müraciət etdiyim, Hacı Zeynalabdin Tağıyevin həyatını, onunla birlikdə Azərbaycanın XIX-XX əsr tarixinə işıq salan tarixi roman - trilogiyanın ilk cildi, nəhayət, Allahın izni ilə çap edildi. Bu kitabı hazırlayarkən bilmədiyim o qədər çox şey öyrəndim ki. Sən demə, bizə Azərbaycanın o dövrünü heç tanıtmayıblar. Paytaxtı Bakı olacaq dənizdən dənizə böyük Ermənistan üçün nələrə əl atıldığını yalnız bu yaşımda öyrənmiş oldum”, - o bildirib.
N.Əkbərov qeyd edib ki, roman-trilogiya üzərində işi davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top