Məlum olduğu kimi, bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanları keçirilib. Doktoranturaya qəbul imtahanlarında iştirak edən namizədlər böyük narazılıqla imtahandan ayrılıblar.
Yeniavaz.com “Azərbaycan Universitetləri” səhifəsinə istinadən imtahan verən namizədlərin şikayətlərini təqdim edir:
"110 manat doktoranturaya qəbul (xarici dil) imtahanı üçün ödəniş edib bütün imtahanda iştirak edənlər. İmtahanda səsi yayılan kalonkalarla “listening” neçə illərdir onsuz dinlədilir heç kim səs çıxarmır. Bu bir biabırçılıq, bu gün isə daha betər biabırçılıq baş verdi. İmtahan başladı, “listening”də ilk olaraq 1-5-ci suallara baxın deyilir. “Listening” səsləndirilir və səslənən “listening” digər, yəni 6-10-cu sualları əhatə edir.
Bütün imtahan keçirilən binalarda eyni hal baş verir və aləm dəyir bir birinə. Baş verən yanlışlığı aradan qaldırmaq üçün əlavə 30 dəqiqə verilir. Amma istənilən halda orada olan hər bir imtahan verən şəxsin imtahan gərginliyi və baş verən məsuliyyətsizlik daha da gərginləşdirdi hər kəsi. Sual olunur belə imtahan təşkilatçılığı 110 manata layiqdirmi? Ümumiyyətlə doktorantura qəbul imtahanının DİM tərəfindən keçirilməsi ən böyük yanlışlıqdır. Bu gün baş verən məsuliyyətsizliklə bağlı böyük güzəştlər etməlidir".