Rusiya BMT İnsan Haqları Şurasından çıxarıldı


BMT-nin Baş Assambleyası Rusiya Federasiyasının BMT İnsan Haqları Şurasında iştirakını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz Tvitter hesabında yazıb.
“Rusiyanın BMT-nin İnsan Haqları Şurasına üzvlük hüquqları indicə dayandırılıb. BMT-nin insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlarında hərbi cinayətkarlara yer yoxdur. BMT Baş Assambleyasının müvafiq qətnaməsini dəstəkləyən və tarixin doğru tərəfini seçən bütün üzv dövlətlərə minnətdarıq”-deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top