Azad edilən Buçada küçələr cəsədlərlə doludur - VİDEO


“Rusiya qüvvələri ərazidən geri çəkildikdən sonra Kiyev yaxınlığındakı Buça şəhərciyində aşkar edilən dəhşətli mənzərələr dünyanı şoka salıb, küçələr cəsədlərlə doludur”.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, Ukrayna şəhərciyinə daxil olan jurnalistlər küçədə mülki geyimli kişi cəsədləri tapıblar.
AFP xəbər agentliyinin Buçadakı müxbiri küçələrdə ən azı 20 cəsəd sayıb və onlardan birinin əlləri bağlı olub.
Jurnalistlər həmçinin, Rusiya qüvvələri tərəfindən öldürülən iki mülki şəxsin cəsədini tapıblar.

Qeyd edək ki, Ukrayna qüvvələri bu həftə şəhərə nəzarəti bərpa edib və KİV-də dərc edilən kadrlar geniş dağıntıların olduğunu göstərir.

DİGƏR XƏBƏRLƏR

Top