Rusiyalı deputat Azərbaycandan üzr istədi – VİDEO


Azərbaycana qarşı təxribatçı çıxışlar edən rusiyalı deputat Mixail Delyaqin üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, Delyagin bu barədə üzr videosu yayıb. O bildirib ki, işlətdiyi ifadələrin qorxu və sarsıntıya səbəb olmasında görə, azərbaycanlılar və digər millətlərin nümayəndələrindən səmimi qəlbdən üzr istəyir. Sonda o qeyd edib ki, bu cür çıxış etməsinə sözügedən verilişin formatı təsir edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının İqtisadi Siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları real təhlükə adlandırıb. Deputat dövlət televiziyasında çıxışı zamanı Azərbaycanı hədələyib və açıq şəkidə sülhü pozmaqda təqsirləndirib.

DİGƏR XƏBƏRLƏR

Top