Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının İqtisadi Siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları real təhlükə adlandırıb. Deputat dövlət televiziyasında çıxışı zamanı Azərbaycanı açıq şəkidə sülhü pozmaqda təqsirləndirib.
Yeniavaz.com xəbər verir ki, Delyagin rəsmi "Telegram" kanalında izləyiciləri arasında onlayn sorğu keçirib.
Sorğuda izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədikləri soruşulub.
Suala cavab olaraq isə izləyicilərə bu variantlar təklif edilib:
1. Bəli, bu lazımdır - Bakıdan olan türk vəkillər başqa heç nə başa düşməyəcəklər
2. Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil
3. Xeyr, bu qəbuledilməzdir
Qeyd edək ki, izləyicilərin 32 faizi birinci, 14 faizi ikinci, 54 faizi isə üçüncü cavab variantına səs verib.